Xəbərlər
“Roketsan” Banqladeşə silah ixrac edəcək

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə Banqladeş arasında Dövlətdən Dövlətə (G2G) əməkdaşlıq haqqında anlaşma memorandumu bağlanıb.
“Poliqon”un Türkiyənin Müdafiə Sənayesi Başqanlığına istinadən verdiyi məlumata görə, G2G əməkdaşlığı çərçivəsində Banqladeş ilə “Roketsan” şirkəti arasında ixracat müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən “Roketsan” şirkəti tərəfindən istehsal olunan müxtəlif təyinatlı məhsulların Banqladeşə ixrac edilməsi planlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl “Roketsan” Banqladeş Ordusuna yaylı atəşli reaktiv sistemlər (YARS), “Tiger” TRG-300 “yer-yer” tipli raket sistemi tədarük edib.





