SərgilərTəlimXəbərlər

“Roketsan” EFES-2026 təlimi çərçivəsində geniş məhsul portfelini təqdim edir – VİDEO

“Roketsan” şirkəti Avropanın ən böyük təlimlərindən biri olan EFES-2026-da yeni nəsil müdafiə sistemlərini nümayiş etdirir.

“Poliqon” xəbər verir ki, 11 aprel – 21 may 2026-cı il tarixləri arasında İstanbul və İzmirdə keçirilən EFES-2026 çoxmillətli təlimində birgə, müştərək və döyüş atışlı fəaliyyətlər icra olunur.

Təlim çərçivəsində 16 – 21 may tarixlərində Türkiyə Müdafiə Sənayesi Komitəsinin koordinasiyası altında İzmir şəhərinin Seferihisar bölgəsində yerləşən Doğanbəy Təlim Sahəsində Müdafiə Sənayesi Sərgisi keçirilir.

Sərgidə “Roketsan” Türkiyənin güclü və müasir müdafiə imkanlarını nümayiş etdirən qabaqcıl müdafiə sistemlərindən ibarət geniş məhsul portfelini təqdim edir.

Bunlara MAM-C, MAM-L IIR və MAM-T ağıllı sursat ailəsi, EREN yüksək sürətli çoxməqsədli süzən sursatı, TEBER dəqiq tuşlama dəsti, CİRİT lazerlə idarə olunan raketi, UMTAS uzaqmənzilli tank əleyhinə raket sistemi və KARAOK qısamənzilli tank əleyhinə raket sistemi daxildir.

Şirkət qanadlı raket portfelindən ÇAKIR və KARA ATMACA-nı nümayiş etdirir. Dəniz sistemləri sahəsində isə yeni nəsil AKYA ağır və ORKA yüngül torpedoları sərgilənir.

Həmçinin SUNGUR HHM sistemi, HİSAR-O RF və HİSAR-A zenit raketləri, SİPER Blok I uzaqmənzilli hava və raketdən müdafiə sistemi, MİDLAS milli şaquli buraxıcı sistemi də “Roketsan” stendində nümayiş etdirilir.

Əlavə olaraq, şirkət tərəfindən “yer-yer” tipli TRLG-122 və TRLG-230 raket sistemləri, KMC-U silah sistemi, TAYFUN ballistik raketi, ALKA istiqamətləndirilmiş enerji silahı və PUSU silah sistemindən buraxılan CİRİT ANTİ-İHA sistemi də təqdim olunur.

Eyni zamanda, “Roketsan”ın PUA sursatlarından tank əleyhinə sistemlərə və tuşlama dəstlərindən hava hücumundan müdafiə vasitələrinə qədər geniş çeşidli məhsulları təlimin faktiki səhra mərhələsində istifadə olunur:

  • SUNGUR HHM sistemi
  • TEBER tuşlama dəsti
  • MAM-T ağıllı sursatı
  • UMTAS uzaqmənzilli tank əleyhinə raket sistemi
  • KARAOK qısamənzilli tank əleyhinə raket sistemi

Back to top button