Xəbərlər

ROKETSAN-ın baş direktoru Murat İkinci Azərbaycan xalqını təbrik edib

Türkiyənin ROKETSAN şirkətinin baş direktoru Murat İkinci 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Poliqon”un məlumatına görə, baş direktor Murat İkinci təbrik mesajında bildirib ki, Azərbaycanın 103 ildə hər sahədə qazandığı uğurlar Türk Milləti və Türk Mühəndisləri olaraq, onlar üçün də qürur mənbəyi olmağa davam edir.

“Bunun son örnəyi Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi şanlı Qarabağ qələbəsi olmuşdur. Əziz Qardaşlarımızı əldə etdikləri böyük qələbə münasibətilə bu önəmli gündə bir daha təbrik etmək istəyirəm.

Bu qutlu zəfər “iki dövlət, bir millət” şüarını qəbul edən bizlərə də böyük sevinc yaşatmışdır. Bu münasibətlə fürsətdən istifadə edərək bir daha bildirmək istəyirəm ki, biz ROKETSAN olaraq hər zaman qardaş Azərbaycan xalqının yanındayıq və hər cür dəstəyə hazırıq.

Azərbaycanın rifah və əmin-amanlığının təminatı olan Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdiyimiz həllərin sahədə aktiv şəkildə istifadə olunduğunu və üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirdiyini görmək isə bizi fərəhləndirmişdir.

Bu münasibətlə, daha neçə bayramları, zəfər sevinci içərisində birlik və bərabərliklə qeyd etmək arzusu ilə Azərbaycanın Respublika Gününü təbrik edirəm”.

Back to top button