Xəbərlər

ROKETSAN-ın MAM ağıllı sursat ailəsinin yeni üzvü MAM-T – VİDEO

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü MAM-T ilk dəfə nümayiş etdirilib.

“Poliqon”un məlumatına görə, “Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatına inteqrasiya olunmuş MAM-T sursatının ilk atış sınaqları keçirilib.

Sınaqlar zamanı MAM-T hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurub.

Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilər.

Yüksək dəqiqlik sərgiləyən yeni ağıllı sursat yarı aktiv lazer arayıcı başlık ilə təchiz edilib.

Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 km-dən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib.

Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı sayəsində su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür.

Poliqon.az

Back to top button