
ROKETSAN-ın MAM-L raketləri təhlükəsizlik qüvvələrinə çatdırılıb – VİDEO
ROKETSAN şirkəti tərəfindən istehsal edilən MAM-L aviasiya raketləri Türkiyənin təhlükəsizlik qüvvələrinə çatdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində bildirib.
“Çatdırmalarımız tam sürətlə davam edir. Təhlükəsizlik qüvvələrimizə sahədə çox böyük töhfə verən MAM-L sursatımızın yeni tədarükünü həyata keçirdik”, – deyə SSB sədri vurğulayıb.
CATEGORIES Xəbərlər