ROKETSAN İndoneziya Silahlı Qüvvələrinə raket və HHM sistemləri tədarük edəcək

ROKETSAN İndoneziya Silahlı Qüvvələrinə raket və HHM sistemləri tədarük edəcək

Türkiyənin ROKETSAN şirkəti İndoneziya Silahlı Qüvvələrinə ağıllı sursat, qanadlı raket və hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək.

“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, ROKETSAN şirkəti İndoneziya Silahlı Qüvvələrini MAM-L mini ağıllı sursatı, ÇAKIR qanadlı raketi və SUNGUR zenit-raket kompleksi ilə təmin edəcək.

“Biz beynəlxalq əməkdaşlıqlarla durmadan böyüməyə davam edirik. Öz üstün imkanları ilə əməliyyat meydanında oyun dəyişən texnologiyalarımız dost və müttəfiq ölkələrin də gücünə güc qatacaq”, – deyə ROKETSAN tərəfindən bildirilib.

CATEGORIES
TAGS