“Roketsan” saytının Azərbaycan dilində versiyası fəaliyyətə başlayıb

“Roketsan” saytının Azərbaycan dilində versiyası fəaliyyətə başlayıb

Türkiyənin “Roketsan” şirkətinin rəsmi saytının Azərbaycan dilində versiyası fəaliyyətə başlayıb.

“Poliqon”un məlumatına görə, bundan sonra izləyicilər “Roketsan” şirkətinin rəsmi saytında Türkiyə türkcəsi və İngilis dili ilə yanaşı Azərbaycan türkcəsində yayımlanan “Roketsan” məlumatları ila tanış ola biləcəklər.

“Roketsan”ın yeni tərtibatlı saytında şirkət haqqında, siyasəti və etik prinsipləri barədə dolğun məlumatlar yer alıb.

Bundan başqa saytda “Roketsan” tərəfindən hazırlanan məhsulların çeşidləri, təsnifatı və təyinatları haqqında ayrıca bölmələr var.

Saytın “Həllər” bölməsində “Roketsan”ın quru sistemləri, hava hücumundan müdafiə sistemləri, dəniz sistemləri, həssas idarəolunan silahlar, kosmik sistemləri, ballistik mühafizə sistemləri və alt sistemləri barədə məlumatlar yer alacaq.

Bundan başqa saytda artilleriya raketləri, o cümlədən TRG-122 idarəolunan raketi, TRLG -122 raketi, TRG -230 raketi, TRLG-230 raketi, TRG-300 raketi, BORA raketi, T-107/122 çoxlüləli raket silah sistemi (ÇRSS-YARS), 105/155 mm haubitsa sursatı məsafəyə görə tənzimləmə dəsti və s. haqqından Azərbaycan dilində yayımlanıb.

Şirkətin “Xidmətlər” bölməsində ballistik test, ətraf mühit testi, uçuş testi, EMI/EMC testi, kalibrasiya və laboratoriya testi barədə məlumatlar yer alacaq.

“İnnovasiya və Texnologiya” bölməsində “Roketsan” şirkətinin həyata keçirdiyi Ar-Ge (araşdırma və inkişaf) və texnologiya idarəetməsi, o cümlədən əməkdaşlıq etdiyi şirkət və qurumlardan bəhs edilib.

Saytı ziyaret etmek üçün buraya klikləyin: bit.ly/3fHXH1W

Screenshot 20220120 182307 Chrome Screenshot 20220120 182658 Chrome Screenshot 20220120 182705 Chrome Screenshot 20220120 182711 Chrome Screenshot 20220120 182818 Chrome Screenshot 20220120 182551 Chrome

Poliqon.az

CATEGORIES
TAGS