Xəbərlər

ROKETSAN şirkətinin rəhbərliyində dəyişiklik olub

selcuk yasar
Səlcuq Yaşar

Türkiyənin ROKETSAN şirkətinin rəhbərliyində dəyişiklik olub.

Bu barədə “Azeri Defence” ROKETSAN şirkətinə istinadən məlumat verib.

ROKETSAN İdarə Heyətinin Sədri, professor doktor Faruk Yiğitin adından yayılan açıqlamada bildirilib ki, iyunun 11-də keçirilən iclasda İdarə Heyətinin üzvü olan Müdafiə nazirinin müavini Muhsin Dere və Mustafa Aysanın yerinə Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və Əhməd Türkmən seçilib.

İdarə Heyətinin üzvü Musa Şahin isə İdarə Heyətinin sədr müavini təyin edilib.

Murat Ikinci MSI 3154 C MSI Dergisi
Murat İkinci

Yaranışından bu günədək – 32 il ərzində ROKETSAN-da çalışmış və 2012-ci ildən şirkətin Baş direktoru vəzifəsində çalışmış Səlcuq Yaşar isə özünün müraciəti ilə təqaüdə ayrılıb.

Səlcuq Yaşarın yerinə – ROKETSAN şirkətinin Baş direktoru vəzifəsinə STM şirkətinin Baş direktoru vəzifəsini icra edən Murat İkinci təyin edilib.

 

 

 

 

Back to top button