“Roketsan” şirkəti üç ölkədə istehsal müəssisələri yaradacaq

“Roketsan” şirkəti üç ölkədə istehsal müəssisələri yaradacaq

Türkiyənin “Roketsan” şirkəti Azərbaycan, Səudiyyə Ərəbistanı və İndoneziyada istehsal müəssisələri yaradacaq.

“Poliqon” xəbər verir ki, bunu Strateji Tərəfdaşlıq Sammitində “Roketsan”ın baş direktoru Murat İkinci açıqlayıb.

Onun sözlərinə görə, “Roketsan” qlobal miqyasda böyüməyə davam edir və bu çərçivədə digər ölkələrdə istehsal müəssisələri yaradır.

Hazırda Azərbaycanda istehsal müəssisəsini həyata keçiririk. Bundan əlavə, İndoneziya və Səudiyyə Ərəbistanında da istehsal müəssisələrimiz olacaq. Honq-Konqdakı ofisimiz fəaliyyətini davam etdirir”, – deyə Murat İkinci bildirib.

CATEGORIES
TAGS