“Roketsan” yeni LOMTAS tank əleyhinə raket üzərində işlərə başlayıb

“Roketsan” yeni LOMTAS tank əleyhinə raket üzərində işlərə başlayıb

Türkiyənin “Roketsan” şirkəti LOMTAS lazerlə idarə olunan orta mənzilli tank əleyhinə raket üzərində işlərə başlayıb.

“Poliqon” “SavunmaSanayist”ə istinadən xəbər verir ki, inkişaf etdirilən raket 4+ kilometr məsafəyə qədər effektiv olacaq.

Bildirlib ki, “Roketsan” ucuz qiymətli tank əleyhinə raketlər üzərində işlərini davam etdirir. Bu çərçivədə infraqırmızı arayıcı başlıqlı (IIR) OMTAS raketinə əsaslanan LOMTAS tank əleyhinə raketinin hazırlanmasına başlanılıb.

LOMTAS tank əleyhinə raketi OMTAS-dan fərqli olaraq, yarı aktiv lazer axtarış başlığına sahib olacaq və onunla müqayisədə olduqca aşağı qiymətə istehsal ediləcək. Tezliklə atış sınaqlarına başlaması gözlənilən LOMTAS ilə “Roketsan” şirkəti həm Türkiyə Silahlı Qüvvələri, həm də ixrac bazarı üçün əhəmiyyətli bir məhsul təqdim etmiş olacaq.

Hazırda Rusiya istehsalı “Kornet-E” tank əleyhinə raketi Türkiyə Silahlı Qüvvələrinin inventarında lazerlə idarə olunan tank əleyhinə raket kimi istifadə edilir. “Kornet-E”lər OMTAS ilə birlikdə STA (Silah Taşıyıcı Araç) layihəsi çərçivəsində hazırlanmış FNSS şirkətinin KAPLAN-STA və PARS-STA tank qırıcılarına inteqrasiya edilib.

LOMTAS yarı aktiv lazer arayıcı başlığa sahib olduğu üçün “Kornet-E”, “Skif” və “Corsar” kimi lazerlə idarə edilən raketlərdən daha üstün imkanlara sahib olacaq. LOMTAS raketinin həm zirehli quru platformaları, həm aviasiya vasitələri, həm də üç ayaqlı dəzgah üzərinə quraşdırılaraq piyadalar tərəfindən istifadəsi mümkün olacaq.

“Roketsan”ın inkişaf etdirdiyi 8 kilometr mənzilli UMTAS və L-UMTAS tank əleyhinə raketləri hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur. 2.5 kilometr mənzilli çiyindən atılan “Karaok” raketinin tezliklə inventara daxil edilməsi planlaşdırılır. 16+ kilometr mənzilli LUMTAS-GM raketinin atışları isə uğurla davam etdirilir.

2,5 kilometr mənzilli çiyindən atılan KARAOK Raketinin tezliklə inventara daxil olması planlaşdırılır. 16+ kilometr mənzilli LUMTAS-GM raketinin atışları uğurla davam edir.

LOMTAS raketinin ucuz olması ilə yanaşı, həm də sürətli istehsal edilə biləcək olması onun günümüzün döyüş ehtiyaclarına effektiv şəkildə uyğunlaşacağını göstərir.

CATEGORIES
TAGS