
DSA-2026 sərgisi çərçivəsində Türkiyənin “Roketsan” və Malayziyanın “Mildef” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Poliqon” Roketsan-a istinadən xəbər verir ki, sənəd tank əleyhinə idarəolunan raket (TƏİR) silah sistemlərinin taktiki nəqliyyat vasitələrinə inteqrasiyasını nəzərdə tutur.
Bildirilib ki, bu tərəfdaşlıq yüksək dəqiqlikli atəş gücünü üstün hərəkət qabiliyyəti ilə birləşdirərək müasir döyüş meydanı üçün qabaqcıl və effektiv həllərin təqdim olunmasına yönəlib.





