“Roselektronika” “Army-2024”də yenilənmiş MP32M1 komanda-qərargah maşınını nümayiş etdirir

“Roselektronika” “Army-2024”də yenilənmiş MP32M1 komanda-qərargah maşınını nümayiş etdirir

Rusiyanın “Roselektronika” holdinqi “Army-2024” beynəlxalq hərbi-texniki forumunda ilk dəfə yenilənmiş MP32M1 komanda-qərargah maşınını nümayiş etdirir.

“Poliqon” “Roselektronika”ya istinadən xəbər verir ki, yenilənmiş MP32M1 komanda-qərargah maşını həm komandir heyətinin raket və artilleriya bölmələrini, həm də operatorların pilotsuz uçuş aparatlarını (PUA) idarə edə bilməsi üçün lazımi avadanlıqlara təchiz edilib.

“Roselektronika” holdinqinin “Radiozavod” müəssisəsi tərəfindən hazırlanmış MP32M1 komanda-qərargah maşını istənilən ərazi şəraitində üstün hərəkət qabiliyyətinə malik təkərli şassi üzərində yaradılıb. MP32M1 orta və böyük çaplı yaylım atəşli reaktiv sistemlər (YARS) ilə təchiz olunmuş bölmələri idarə etmək üçün nəzərdə tutulub. Bundan başqa, ondan artilleriya bölmələrinə nəzarət etmək üçün komanda məntəqəsi kimi də istifadə edilə bilər.

MP32M1 yerli şəbəkə vasitəsilə kompüter kompleksinə qoşulan altı avtomatlaşdırılmış iş stansiyasına sahibdir. Onun vasitəsi ilə xüsusi əməliyyat-taktiki, məlumat və hesablama tapşırıqlarının həlli təmin edilir, bölmələrin vəziyyəti və dəstək haqqında məlumatlar daha yuxarı komandanlığa ötürülür, o cümlədən tabelikdə olan bölmələrə atəş zərbələrini hazırlamaq və yerinə yetirmək üçün əmrlər göndərilir.

MP32M1-in yeni modifikasiyada aldığı dron idarəetmə stansiyaları komanda-qərargah maşınının kompüter sisteminə inteqrasiya olunub. Burada PUA-dan alınan məlumatlar qəbul edilir, işlənir və iş stansiyasında göstərilir. Beləliklə, bölmə komandiri real vaxt rejimində vəziyyət haqqında tam və etibarlı məlumat alır.

CATEGORIES
TAGS