
“Rosoboroneksport” və “Tawazun” arasında Anlaşma Memorandumu imzalanıb
Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir ) “Dubai Airshow 2025” sərgisində Birləşmiş Ərəb Əmirliklərinin “Tawazun” şurası ilə Anlaşma Memorandumu imzalayıb.
“Poliqon” “Rosoboroneksport” istinadən xəbər verir ki, sənəd müdafiə sənayesi və təhlükəsizlik sahəsində uzunmüddətli, effektiv və qarşılıqlı faydalı strateji əməkdaşlığın yaradılmasını və inkişafını nəzərdə tutur.
Sənədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev və “Tawazun”un müdafiə inkişafı üzrə baş katibi Nasser Humeid Al-Nuaymi imza atıblar.
“Tawazun” və “Rosoboroneksport” sənaye sahəsində iştirakın genişləndirilməsi, müdafiə istehsalı üzrə təcrübə mübadiləsi, eləcə də birgə tədqiqat və inkişaf layihələri, texnologiya transferi və təchizat zəncirlərinin idarə olunması üzrə imkanların araşdırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Gözlənilir ki, Anlaşma Memorandumu uzunmüddətli strateji əməkdaşlığa töhfə verəcək və Rusiya ilə BƏƏ-nin müdafiə və sənaye sahəsindəki məqsədlərinə uyğun əməkdaşlıq yaradacaq.
