
“Rostex” yarımavtomatik “Poloz” tapançasını təqdim edib
Rusiyanın “Rostex” Dövlət Korporasiyasının Dəqiq Maşınqayırma Mərkəzi Elmi-Tədqiqat İnstitutu (SNİİTOÇMAŞ) tərəfindən “Poloz” adlı tapança hazırlanıb.
Bu barədə Azeri Defence saytına “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avtomatik olaraq özü dolan tapança Rusiya Daxili İşlər Nazirliyinin və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən operativ və gizli daşınması üçün xüsusi hazırlanıb.
Kompakt dizayna malik 9×19 mm-lik “Poloz” tapançası 50 metrə qədər məsafədən atəş açmaq üçün nəzərdə tutulub. Tapança 15 və ya 18 patron tutumlu maqazinlərlə dəstləşdirilir. Silahın istifadə ömrü ən azı 10 min atışdır.
CATEGORIES Xəbərlər