Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib

Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq Bakıya gətirilib

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

“Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir”, – deyə məlumatda qeyd edilib.

CATEGORIES