Rumıniya F-16 qırıcılarını təkmilləşdirmək üçün ABŞ-dan dəstlər alır

Rumıniya F-16 qırıcılarını təkmilləşdirmək üçün ABŞ-dan dəstlər alır

ABŞ hökuməti F-16 döyüş təyyarələrini təkmilləşdirmək üçün lazım olan dəstlərin Rumıniyaya satışını təsdiqləyib.

“Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verir ki, bu dəstlər Rumıniyanın Norveçdən aldığı 32 ədəd F-16 Blok 10/15 qırıcılarının təkmilləşdirilməsində istifadə olunacaq.

Bildirilib ki, “Lockheed Martin” şirkəti tərəfindən yerinə yetiriləcək sifarişin ümumi dəyəri 105 milyon ABŞ dolları təşkil edir.

Sifarişə daxildir:

  • KY-58M və KIV-78 kriptoqrafik cihazları;
  • AN/PYQ-10C sistemləri;
  • Birgə missiya planlaşdırma sistemləri;
  • Gecəgörmə cihazları (NVD);
  • Təhlükəsiz rabitə avadanlıqları;
  • Dəqiq naviqasiya cihazları;
  • Mühəndislik, texniki qulluq, logistika dəstəyi xidmətləri və s.

Poliqon.az

CATEGORIES
TAGS