Rumıniya gəmi əleyhinə NSM dəniz zərbə raketi alır
Rumıniya Silahlı Qüvvələri və ABŞ-ın “Raytheon Technologies” şirkəti arasında gəmi əleyhinə NSM (Naval Strike Missile) dəniz zərbə raketinin alınması ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Raytheon Technologies” şirkəti məlumat yayıb.
NSM dəniz zərbə raketi “Raytheon Technologies”in tərkibinə daxil olan “Raytheon Missiles and Defense” və Norveçin “Kongsberg” şirkəti tərəfindən birlikdə hazırlanıb. NSM raketlərinin hədəfi məhv etmək məsafəsi 185.2 km-dən (100 dəniz mili) artıqdır.
CATEGORIES Xəbərlər