
Rumıniya Ukraynaya hərbi texnika və sursat göndərəcək
Rumıniya hökuməti Ukraynaya hərbi texnika və sursat göndərəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Rumıniya hökumətinin sözçüsü Dan Kerbunaru Ukraynaya hərbi texnika və sursatla yanaşı yanacaq və dəyəri 3 milyon avrodan çox olan tibbi avadanlıq və dərmanların ikinci tranşı ilə də kömək edəcəklərini deyib.
Rumıniya hökuməti, həmçinin yaralı ukraynalıları hərbi hospitallara yerləşdirməyə hazır olduğunu bildirib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər