Rumıniyada “Watchkeeper X” kəşfiyyat dronu istehsal ediləcək
Rumıniya kəşfiyyat, nəzarət və xilasetmə tapşırıqları yerinə yetirəcək çoxməqsədli pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamaq niyyətindədir.
“Poliqon” xəbər verir ki, “Bulgarian Military” saytının verdiyi məlumata görə, İngiltərənin “U-TacS” şirkəti və Rumıniyanın “Aerostar” şirkəti artıq bu barədə əməkdaşlıq müqaviləsi imzalayıb.
“Watchkeeper” kəşfiyyat PUA-sı, İsrailin “Elbit Systems” və Fransanın “Thales” şirkətlərinin iştirak etdiyi İsrail ilə İngiltərə arasında ortaq bir layihədir.
“Watchkeeper X” PUA modul konstruksiyaya malikdir, kameralar, sensorlar və radarlarla təchiz oluna bilər. Bu isə sistemin gələcəkdə inkişaf və təkmilləşdirilmələri, həmçinin C4ISP kimi yeni həllərin inteqrasiyası üçün çevik olmasına imkan verir.
PUA-nın baza modeli özündə gecə və gündüz naviqasiya kameralarını və sistemlərini birləşdirən mürəkkəb kompleksi tərənnüm edir. Modul arxitektura “Watchkeeper X” PUA-nı müxtəlif faydalı yük sensorları, optoelektronik və infraqırmızı qüllələr, yerüstü və dəniz nəzarət radarları, rabitə və kəşfiyyat sistemləri, elektron dəstək və kriptoqrafik rabitə sistemi ilə təchiz edilməsinə imkan verir.
Bununla yanaşı, açıqlanan xəbərdə Rumıniyanın “Aerostar” şirkətinin dronu tam istehsal edib-etməyəcəyi, eləcə də istehsalın yalnız yerli bazar üçün olub-olmayacağı və ixraca təklif ediləcəyi barədə hələ də rəsmi bir məlumat yoxdur.
Əhəd Əzizov