Rusiya Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edir?

Rusiya Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edir?

Məlum olduğu kimi, Rusiya ordusunun sərəncamında radiolokasiya stansiyalarını (RLS) və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini aşkar etmək, eləcə də onlara atəş vasitələrini tuşlamaq qabiliyyətinə malik geniş çeşidli müxtəlif kəşfiyyat sistemləri var.

“Poliqon” məlumatına görə, yaxın günlərdə başqa bir kəşfiyyat metodunun mövcudluğu ilə bağlı versiya ortaya çıxıb. Ehtimal edilir ki, cari ilin 24 fevral tarixində başlamış Rusiya-Ukrayna müharibəsində Rusiya Ordusu Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki son uğurlu təcrübəsindən istifadə edir. Belə ki, pilotsuz An-2 təyyarələrinim köməyi ilə Ukraynanın HHM sistemlərinin mövqelərini müəyyənləşdirərək onları məhv edir.

Bu versiyanın yaranmasına səbəb isə Rusiyanın Bryansk vilayətindəki aerodromlardan birinin peykdən çəkilmiş təzə şəklidir. Şəkildə otuzdan artıq (sarı nöqtələrlə işarələnib) An-2 təyyarəsi, eləcə də bir sıra rabitə, idarəetmə və kəşfiyyat təyyarələri təsvir edilib.

Ukrayna sərhədi yaxınlığında yerləşən aerodromda bu qədər An-2 yüngül çoxməqsədli təyyarənin hansı səbəbdən yerləşdirilməsi məlum deyil. Lakin bunu An-2 təyyarəsinin Ukraynanın HHM sisteminə qarşı istifadə üçün nəzərdə tutulmuş pilotsuz versiyasının yaradılması və istifadəsi ilə izah etmək olar.

Bu versiyanın nə dərəcədə doğru olduğu demək bir qədər çətindir. Lakin, Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına qarşı apardığı Vətən müharibəsindəki müsbət təcrübəsi bu versiyanın xeyrinədir. Minimumal resursu qalan, yenidən təchiz edilmiş An-2 təyyarəsi, sonrakı zərbə üçün düşmənin HHM sistemini aşkar və məhv etmək vəzifəsinə olduqca uyğundur. Digər tərəfdən, Rusiya ordusu müxtəlif kəşfiyyat vasitələrinə sahibdir və An-2 təyyarəsi əsasında xüsusi PUA-ların cəlb edilməsi artıq və lazımsız tədbir ola bilər. Amma, hələlik An-2 təyyarələrinin yalnız HHM sistemini susdurmaq üçün deyil, həm də başqa məqsədlər üçün istifadə olunduğunu istisna etmək olmaz.

1 10

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS