Rusiya Belarus Ordusunun 2S3M “Akatsiya” ÖAQ-nın təkmilləşdirilməsini başa çatdırıb

Rusiya Belarus Ordusunun 2S3M “Akatsiya” ÖAQ-nın təkmilləşdirilməsini başa çatdırıb

Belarus Müdafiə Nazirliyi sonuncu təkmilləşdirilmiş 152 mm-lik 2C3M “Akatsiya” özüyeriyən artilleriya qurğularını (ÖAQ) qəbul edib (həmçinin bax: Rusiya Belarusun 2S3M “Akatsiya”larını təkmilləşdirib).

“Poliqon” “Uraltransmaş” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın “Rostex” korporasiyasının “Uralvaqonzavod” EİK” tərkibinə daxil olan “Ural nəqliyyat maşıqayırma zavodu” (“Uraltransmaş”) ASC Belarus Silahlı Qüvvələrinə təkmilləşdirilmiş 2C3M “Akatsiya” ÖAQ-ın tədarükünün başa çatdığını elan edib.

Məlumatda bildirilir ki, Belarus Respublikasının Müdafiə Nazirliyi ilə imzalanmış 2020-2021-ci illər müqaviləsi çərçivəsində təkmilləşdirilmiş 2S3M “Akatsiya” özüyeriyən haubitsalarının tədarükü başa çatıb.

Müəssisə qeyd edir ki, 2S3M “Akatsiya” ÖAQ-ın təkmilləşdirilməsi ilə əsaslı təmiri istismar müddətini uzadır və təmirə qəbul edilən məmulatın vəziyyətindən asılı olmayaraq, yeni istehsal olunan məmulatlara mümkün qədər yaxın texniki vəziyyəti təmin edir.

“Uraltransmaş” əsaslı təmirdən və təkmilləşdirmədən keçmiş məmulatlara zəmanət verir, zəmanətli və servis xidməti göstərir ki, bu da obyektlər parkının hazırlığını yüksək səviyyədə saxlamağa imkan verir.

Xatırladaq ki, 152 mm çaplı 2S3M2 “Akatsiya” ÖAQ-ın baza versiyası 1971-ci ildə Sovet ordusunun silahlanması üçün hazırlanıb. 1970-ci illərin əvvəllərində özüyeriyən haubitsalar 2S3M səviyyəsinə qədər təkmilləşdirilib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş