Xəbərlər

Rusiya BMP-3 döyüş maşınlarını təkmilləşdirir

BMP-3 piyadanın döyüş maşınının təkmilləşdirilməsi davam edəcək, texnika təkmilləşdirilmiş mühərrik və komandir üçün yeni bir termal panorama nişangahı alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının silahlar kompleksində məlumat verilib.

Dövlət korporasiyası BMP-3 döyüş maşınının böyük təkmilləşdirmə potensialına sahib olduğunu, maşın üzərində işlərin davam edəcəyini bildirib. “Rostex” BMP-3 PDM-də 660 at gücünə malik UTD-32T dizel mühərrikini quraşdırmağı planlaşdırır ki, bu da döyüş maşınının daha çox manevrli olmasına imkan verəcəkdir.

Mühərriklə yanaşı, PDM-də komandirin termal panorama nişangahının quraşdırılması planlaşdırılır. Təkmilləşdirmə zamanı döyüş maşını artıq yeni rabitə vasitələri əldə edib.

BMP-3M piyadaların döyüş maşını 100 mm-lik 2A70 və qoşalaşdırılmış 30 mm-lik 2A72 avtomatik topu ilə, həmçinin 7,62 mm PKTM pulemyotu ilə silahlandırılıb.

Döyüş maşını, nüvə silahının istifadəsi və döyüşdə tanklarla birgə hərəkətlər şəraitində şəxsi heyəti ön xəttə daşımaq, döyüş sahəsindəki hərbi qulluqçuların hərəkətliliyini, silahlanmasını və təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

Back to top button