Rusiya Çin və Hindistana S-500 ZRS ixrac edə bilər

Rusiya Çin və Hindistana S-500 ZRS ixrac edə bilər

Rusiya Çin və Hindistana S-500 “Prometey” zenit-raket sistemi (ZRS) sata bilər.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev yerli KİV-ə müsahibəsində bildirib.

“S-500 sistemi tələb olunan sayda Rusiya Silahlı Qüvvələrinə çatdırıldıqdan sonra, onun ixracı mümkün olacaq. Biz Hindistan və Çini ən yeni sistemin gələcək sahibləri hesab edirik”, – deyə D. Şuqayev müsahibəsində bildirib.

S-500 “Prometey” bütün yüksəklik və sürət aralığında potensial düşmənin mövcud və perspektivli hava-kosmik hücum silahlarını məhv etmək üçün təyin edilib. Kompleksin məhv etmə radiusu təxminən 600 km-dir. S-500 ZRS əsas funksiyası isə 3500 km-ə qədər fəaliyyət radiusuna malik orta mənzilli ballistik raketlərlə mübarizə aparmaqdır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS