Rusiya “Gibka-S” HHM kompleksinin kütləvi istehsalına başlayır

Rusiya “Gibka-S” HHM kompleksinin kütləvi istehsalına başlayır

Rusiya müdafiə sənayesi “Gibka-S” hava hücumundan müdafiə (HHM) kompleksinin kütləvi istehsalına başlayır.

“Poliqon” Rusiya mətbuatına istinadən xəbər verir ki, “Maşınqayırma konstruktor bürosu” (KBM) ilk rus qısa/ultra qısa mənzilli VSHORAD (Very Short-Range Air Defense) tipli “Gibka-S” HHM kompleksini seriyalı istehsal üçün hazırlayıb.

“Gibka-S” HHM kompleksinin ixrac yönümlü modifikasiyası seriyalı istehsala tam hazırdır. VSHORAD tipli ilk rus kompleksinin ixrac modifikasiyası bu günlərdə (29.11 – 02.12.2021) Misirdə “EDEX 2021” hərbi sənaye kompleksi sərgisində təqdim olunub.

Məlumdur ki, “Gibka-S” HHM kompleksi 2019-cu ildə Rusiya Federasiyası Quru Qoşunlarının HHM kompleksi kimi dövlət sınaqlarından keçib. O dövrdə bu HHM kompleksinin Rusiya ordusuna tədarükü barədə məlumat verilməyib.

Qeyd edək ki, “Tiqr” zirehli avtomobilinin şassisində “Gibka-S” qurğusunun quraşdırılması daşınan zenit-raket komplekslərindən (DZRK) idarə olunan raketlərin uzaqdan buraxılmasını təmin edir.

Xatırladaq ki, “Gibka-S” HHM kompleksi 3M-47 “Gibka” dəniz HHM kompleksi əsasında hazırlanıb və “İqla” və ya “Verba” DZRK-nin 4 ədədə qədər raketindən istifadə edir. Buraxma qurğusu (BMO) çoxkanallı optoelektron aşkarlama və izləmə sistemi, yüksək sürətli tuşlama qurğuları və raketləri uzaqdan buraxma qurğuları (BQ) ilə təchiz olunub. Raketlərin buraxılışı təkcə yerindən deyil, həm də hərəkətdən yerinə yetirilə bilər ki, bu da yürüşdə qoşunları himayə etməyə imkan verir.

Zenit-raket kompleksinin tərkibinə 6 ədədə qədər buraxma qurğusu (BMO), həmçinin komandirin kəşfiyyat və idarəetmə maşını (MRUK) daxil ola bilər.

Əsas xassələri:

– Radar – 1L122 “Garmon”; hədəf aşkaretmə məsafəsi – 40 km; hədəfin aşkarlanma hündürlüyü – 10 km; hava hədəfinin maksimal uçuş sürəti 700 m/s; hədəfin koordinatlarının təyin edilməsinin dəqiqliyi – məsafə üzrə 100 m, azimut üzrə 30’, yüksəklik üzrə 1 ° 30’; elektron əks tədbirlər olmadıqda zəmanətli rabitə diapazonu – 8 km-dir.

BMO-nun heyəti – 4 nəfər, MRUK-un heyəti – 3 nəfərdir.

– DZRK raketləri – 9M338 “İqla-S”, 9M336 “Verba”; BQ sayı – 4; məhvetmə məsafəsi – 6 km; 9M338 “Igla-S” raketinin məhvetmə hündürlüyü – 10 m-dən 3,5 km-ə qədər; 9M336 “Verba” raketinin məhvetmə hündürlüyü – 10 m-dən 4,5 km-ə qədər; qarşılama kursunda 9M338 “Igla-S” raketi ilə məhv edilən hədəflərin maksimal sürəti – 400 m/s; çatma kursunda 9M338 “Igla-S” raketi ilə məhv edilən hədəflərin maksimal sürəti – 320 m/s; qarşılama kursunda 9M336 “Verba” raketi ilə məhv edilən hədəflərin maksimal sürəti – 420 m/s; çatma kurslarında 9M336 “Verba” raketi ilə məhv edilən hədəflərin maksimal sürəti – 320 m/s-dir.

rusiya

“Tiqr” zirehli avtomobilinin şassisində “Gibka-S” HHM kompleksi (BMO)

rusiya1

“Tiqr” zirehli avtomobilinin şassisində kəşfiyyat və idarəetmə maşını (MRUK)

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS