Rusiya HDQ gəmiləri dron-kamikadze ilə silahlandırılacaq

Rusiya HDQ gəmiləri dron-kamikadze ilə silahlandırılacaq

Rusiyanın döyüş gəmiləri tezliklə dron-kamikadzelərlə silahlandırılacaq.

“Poliqon” xəbər verir ki, hazırda Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri (HDQ) gəmilərinin süzən sursatlarla təchizatı variantları üzərində işləyir.

Döyüş başlıqlı pilotsuz uçuş aparatlarından – süzən kamikadze-dronlardan dəniz və yerüstü hədəflərə qarşı tətbiq olunması planlaşdırılır. Xüsusilə belə məmulatlar yüngül katerlərə və mühərrikli qayıqlara qarşı effektivdir. Həmçinin, süzən sursatlar sahildə fəaliyyət göstərən dəniz piyadalarının və xüsusi təyinatlıların dəstəklənməsi zamanı da faydalı ola bilər.

Qeyd edək ki, cari ilin oktyabr ayında Rusiya Müdafiə Nazirliyi süzən döyüş sursatları ilə atəş dəstəyinin məşq etdirildiyi təlimlər keçirib. Dəniz piyadalarının sahilə enişi zamanı onların köməyi ilə şərti düşmənin canlı qüvvəsi və texnikası məhv edilib.

Xatırladaq ki, hazırda Rusiyada süzən döyüş sursatlarının bir neçə modeli hazırlanır. Artıq “Kub” və “Lanset” pilotsuz uçuş aparatları Suriyada atəş vəftizindən keçib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS