Rusiya HDQ Su-30SM2 qırıcılarının ilk nümunələrini qəbul edib

Rusiya HDQ Su-30SM2 qırıcılarının ilk nümunələrini qəbul edib

“Rostex” Dövlət Korporasiyasının Birləşmiş aviaquraşdırma korporasiyasının “İrkutsk aviasiya zavodu” (“İrkut”) Su-30SM2 qırıcılarının 4 ədəddən ibarət ilk nümunələrini Rusiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) tədarük edib.

“Poliqon” xəbər verir ki, “Hərbi qəbulun vahid günü” çərçivəsində “Rostex” Dövlət Korporasiyası modernləşdirilmiş aviatexnikaların nümunələrini silahlı qüvvələrə təhvil verib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Su-30SM2 heyətləri Baltik Donanmasında təlim keçib. Yeni təyyarələr 4-cü Qvardiya Dəniz Hücum Alayına veriləcək.

Bundan əlavə, “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertolyotı Rossii” holdinqi Mi-28NM “Noçnoy oxotnik” və Ka-52 “Alliqator” zərbə helikopterlərinin tədarükünə başlayıb.

Ümumilikdə, “Hərbi qəbulun vahid günü” çərçivəsində “Rostex” müəssisələri Rusiya Silahlı Qüvvələrinə səkkiz növ silah və hərbi texnika, o cümlədən BMP-3 piyadaların döyüş maşınları, təkmilləşdirilmiş T-72B3 tankları, eləcə də radioelektron susdurma vasitələri təqdim edib.

Xatırladaq ki, Su-30SM Rusiyanın 4+ nəsil iki yerlik yüksək manevrli çoxməqsədli qırıcısıdır. Təyyarə gecə-gündüz, eləcə də əlverişsiz hava şəraitində hava, surüstü və yerüstü hədəflərə zərbələr endirmək qabiliyyətinə malikdir. Su-30SM qırıcısı 1980-ci illərdə Su-27UB təlim-döyüş təyyarəsinin bazasında hazırlanmış Su-30 qırıcısının təkmilləşdirilmiş versiyasıdır. İlkin olaraq ixrac üçün Su-30 qırıcısının müxtəlif modifikasiyaları istehsal edilib, sonradan 2012-ci ildən etibarən Su-30SM təyyarəsinin Rusiya ordusuna təhvil verilməsinə başlanılıb.

Daha əvvəl isə bildirilmişdi ki, 2023-cü ildə Su-30SM2 qırıcısının sınaqlarını ən yüksək konfiqurasiyada – AL-41F-1S mühərrikləri ilə başa çatdırmaq planlaşdırılır. Bu mühərriklər standart olaraq Su-35 qırıcılarında quraşdırılır. Bu güc qurğusunun dartqı qüvvəsi əvvəlki AL-41F mühərrikindən 20 faiz, resursu isə dörd dəfə artıqdır.

a2

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS