Rusiya İDEX-2021 sərgisində “Sprut-SDM1” tankını nümayiş etdirib

Rusiya İDEX-2021 sərgisində “Sprut-SDM1” tankını nümayiş etdirib

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının “Yüksək dəqiqlikli komplekslər” şirkəti tərəfindən modernləşdirilmiş “Sprut-SDM1” yüngül tankı BƏƏ-də keçirilən İDEX-2021 sərgisində nümayiş edilib.

Bu barədə “Poliqon” “Rostex”ə istinadən məlumat verib.

“Kurqanmaşzavod”da hazırlanan “Sprut-SDM1” tankı 125 mm-lik 2A75 topuyla təchiz edilib. Amfibiya tipli tankın hədəfi məhv etmə məsafəsi 5 kilometrə qədərdir.

500 at gücündə UTD-29 dizel mühərriki ilə təchiz edilən tankın heyəti üç nəfərdir. “Sprut-SDM1” tankının sürəti quruda 70 km/saat, suda isə 10 km/saata təşkil edir.

CATEGORIES
TAGS