Rusiya IDEX-2025-də “Berejok” döyüş modulunu sərgiləyib

Rusiya IDEX-2025-də “Berejok” döyüş modulunu sərgiləyib

Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş IDEX-2025 sərgisində “Berejok” döyüş modulunu təqdim edib.

“Poliqon” “Rosoboroneksport”a istinadən xəbər verir ki, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin istehsalı olan döyüş modulu hazırda Rusiya Ordusunun silahlanmasında yer alır.

“Berejok” döyüş modulu “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin tərkibinə daxil olan “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən həm tırtıllı, həm də təkərli şassiyə malik zirehli texnikalara quraşdırılmaq üçün hazırlanıb.

Döyüş modulunun silahlanmasına 30 mm-lik 2A42 avtomatik topu, 7.62 mm-lik PKTM pulemyotu, 30 mm-lik AQ-30M avtomatik qumbaraatanı və iki ədəd “Kornet” tank əleyhinə idarə olunan raketin (TƏİR) buraxılış qurğusu daxildir.

Qeyd olunub ki, artıq döyüşlərdə özünü sübut edən “Berejok”, xüsusilə sahil mühafizəsində insansız katerlərə qarşı effektiv vasitə kimi tanınır.

CATEGORIES