Rusiya ilə Qırğızıstan birgə HHM sistemi yaradacaq

Rusiya ilə Qırğızıstan birgə HHM sistemi yaradacaq

Rusiya və Qırğızıstan birgə vahid regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqqında saziş imzalayacaq.

“Poliqon” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən sazişin bağlanmasına dair sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiya Müdafiə Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi Qırğızıstan tərəfi ilə danışıqlar aparmalı və HHM sisteminin birgə hazırlanmasına dair sazişi imzalamalıdır.

Saziş layihəsində göstərilir ki, regionda HHM sisteminin təkmilləşdirilməsi məqsədilə tərəflər MDB ölkələrinin vahid HHM sisteminin tərkib hissəsi olan Rusiya və Qırğızıstanın HHM sistemlərini yaradacaqlar.

Rusiya və Qırğızıstanın regional HHM sisteminin yaradılmasına ayrılacaq qüvvələrin siyahısı tərəflərin birgə səlahiyyətli orqanları tərəfindən təsdiq ediləcək.

HHM sisteminin Qırğızıstanda hazırlanması planlaşdırılıb. Hazırda bu və digər istiqamətlərdə hər iki dövlət rəsmiləri arasında danışıqlar aparılır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS