Rusiya ilə Ukrayna arasında müharibə davam edir

Rusiya ilə Ukrayna arasında müharibə davam edir

Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukraynada hərbi vəziyyət tətbiq edilib və bütün ərazilərində ümumi səfərbərlik elan edilib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Ordusunun 15 ədəd T-72 tankı, Xarkovda 4 ədəd tankı, 6 ədəd təyyarəsi, 2 ədəd helikopteri və onlarla zirehli texnikası məhv edilib. Ukrayna hərbçilərinin müqaviməti ilə üzləşən Rusiyanın 74-cü motoatıcı briqadasının bütöv bir kəşfiyyat tağımı Çerniqov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə təslim olub. Bildirilib ki, Xerson istiqamətində vəziyyət ağır olaraq qalır.

Rusiya Müdafiə Nazirliyinin məlumatında isə, Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukrayna Ordusunun 83 yerüstü hərbi obyektinin, 2 ədəd Su-27, 2 ədəd Su-24, 1 ədəd helikopterinin və 4 ədəd “Bayraktar TB-2” pilotsuz uçuş aparatının, 11 ədəd aerodromunun, 3 ədəd komanda məntəqəsinin və 18 ədəd radar stansiyasının sıradan çıxarıldığı qeyd olunub. Bildirilib ki, Rusiya Qoşunlarının Krım istiqamətində Xerson şəhərinə çıxışı təmin edilib. 150-dən çox Ukrayna hərbçisinin silahını ataraq, təslim olduğu da qeyd olunub.

Ukrayna prezidenti Rusiya Silahlı Qüvvələrinin Kiyevə daxil olması barədə məlumat yayıb. Hazırda Kiyevdə güclü toqquşma müşahidə edilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS