Rusiya ilə Ukrayna müharibəyə başlayıb

Rusiya ilə Ukrayna müharibəyə başlayıb

Rusiya Silahlı Qüvvələri səhər saatlarından etibarən Rusiya və Belarus sərhədindən, eləcə də Krım Muxtar Respublikası istiqamətindən Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.

“Poliqon” Rusiya və Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücumlar daha çox Ukraynanın şərq regionunun Xarkov, Luqansk, Odessa, Zaporojjya və Maripol şəhərlərində cəmləşib. Bununla belə, paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın bir sıra şəhərləri Rusiyanın qanadlı və ballistik raketləri, eləcə də pilotsuz uçuş aparatları ilə vurulub.

Məlumata görə, Ukrayna silahlı qüvvələri Rusiyanın 5 ədəd hərbi təyyarəsini və 1 ədəd hərbi helikopterini məhv edib. Vurulan təyyarələrdən birinin Su-24 olduğu bildirilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS