Rusiya, İran və Çin Latın Amerikasında hərbi təlimlərə hazırlaşır

Rusiya, İran və Çin Latın Amerikasında hərbi təlimlərə hazırlaşır

Rusiya, İran və Çin Latın Amerikasında hərbi təlimlər keçirməyə hazırlaşırlar.

Bu barədə “Poliqon” REGNUM xəbər agentliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Venesuela bu birgə hərbi təlimlərin diqqət mərkəzində olacaq. Bu, Latın Amerikası ölkələrinin Rusiya, Çin və İranla ABŞ-a qarşı yönəlmiş koalisiya yaratmaq istəyinin bariz göstəricisi hesab olunur.

Nikaraqua prezidenti Daniel Orteqanın Rusiya Silahlı Qüvvələrinin təyyarə və gəmilərinə ölkə sərhədlərində patrul xidmətinə və birgə hərbi təlimlər keçirməsinə icazə verən Rusiya ilə hərbi sazişi bir müddət əvvəl uzadıb.

Bundan başqa, Çinin Uruqvay, Nikaraqua və Ekvador ilə bir sıra yeni müqavilələr imzaldığı, Argentinadakı fəaliyyət imkanlarının genişlənməsi qeyd olunub.

Poliqon.az

CATEGORIES
TAGS