Rusiya Mİ-38 helikopterini silahlanmaya qəbul edir

Rusiya Mİ-38 helikopterini silahlanmaya qəbul edir

2022-ci ilin sonuna qədər Rusiya ordusu hazırda sınaq mərhələsində olan iki yeni Mİ-38 helikopteri alacaq.

“Poliqon” “RİA Novosti”yə istinadən xəbər verir ki, Mİ-38 helikopterlərinin tədarükü üçün “Army-2020” forumunda müqavilə imzalanıb.

Tək rotorlu Mİ-38 helikopteri müasir uçuş və peyk naviqasiya sistemi, iki ədəd TV7-117V mühərriki ilə təchiz edilib. Yeni helikopterin uçuş məsafəsi əlavə yanacaq çənləri ilə birlikdə 1200 kilometr təşkil edir. Maksimum uçuş çəkisi 15,6 ton olan helikopter 5 ton faydalı yük götürə bilir.

Qeyd edək ki, ilk seriyalı Mİ-38 helikopteri ilk dəfə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Tayyib Ərdoğanın iştirakı ilə MAKS-2019 Beynəlxalq Aviasiya və Kosmos Salonunda ictimaiyyətə təqdim edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS