Rusiya MRO-A odsaçanını ilk dəfə MILEX-2023 sərgisində təqdim edəcək

Rusiya MRO-A odsaçanını ilk dəfə MILEX-2023 sərgisində təqdim edəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyası mayın 17-dən 20-dək Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək MILEX-2023 11-ci Beynəlxalq Silah və Hərbi Texnika sərgisində ilk dəfə MRO-A kiçik ölçülü reaktiv odsaçan silah sistemini təqdim edəcək.

Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.

Bildirilib ki, sərgidə “Rostex” Dövlət Korporasiyasının tərkibindəki “Yüksək dəqiqlikli komplekslər”, “Şvabe”, “Vertoleti Rossii”, “Roselektronika”, “Kalaşnikov”, “Uralvaqonzavod” və digər şirkətlərin istehsal etdikləri məhsullar ziyarətçilərə, rəsmi nümayəndə heyətlərinə təqdim olunacaq.

Həmin məhsullar arasında müxtəlif tipli quru, hava və dəniz platformaları yer alır.

Hava platformaları: İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi; çoxməqsədli Su-35 supermanevrli qırıcısı; Mi-17V-5 hərbi nəqliyyat helikopteri; Mi-35M, Mi-28NE və Ka-52E döyüş helikopterləri.

Hava hücumundan müdafiə (HM) sistemləri: orta mənzilli “Vikinq” zenit-raket kompleksi (ZRK); qısa mənzilli Tor-M2KM ZRK; “Pantsir-S1” zenit raket-top kompleksi (ZRTK).

Zirehli texnikalar: T-90MS tankı; “Sprut-SDM1” yüngül amfibiya tankı; BTR-82A və BT-3F zirehli transportyorları.

Atıcı silhalar: PPK-20, AK-12, AK-15, AK-19 və AK-308 avtomatları; AK-200 seriyasına daxil olan avtomatlar; “Çukavin” snayper tüfəngi; “Lebedev” tapançaları və s.

Raket və artilleriya sistemləri: TOS-1A ağır odatan sistem; “Kornet-EM” tank əleyhinə idarəolunan raketlər (TƏİR).

Həmçinin, bu siyahıya 4×4 təkər formullu zirehli nəqliyyat vasitələri, müxtəlif tipli radarlar, əlavə qoruyucu zirehlər və s. daxildir.

Poliqon.az

CATEGORIES
TAGS