Rusiya Müdafiə Nazirliyi “Msta-S” ÖAQ-larının sonuncu partiyasını təhvil alıb
“Rostex” Dövlət Korporasiyası 2023-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində özüyeriyən artilleriya qurğularının (ÖAQ), özüyeriyən minaatanların və tankların Rusiya Müdafiə Nazirliyinə çatdırılmasını tamamlayıb.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sifariş çərçivəsində modernləşdirilmiş 2S19M1 və 2S19M2 “Msta-S” ÖAQ-larının, habelə təmir edilən 240 mm-lik 2S4 “Tulpan” özüyeriyən minaatanlarının sonuncu partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
Həmçinin “Uralvaqonzavod” (UVZ) konserni tərəfindən istehsal edilən T-90M “Prorıv” və modernləşdirilən T-72B3M tanklarının sonuncu partiyası Rusiya Müdafiə Nazirliyinə çatdırılıb.