QuruXəbərlər

Rusiya Müdafiə Nazirliyinə yeni “Pantsir” kompleksləri təhvil verilib

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi Rusiya Müdafiə Nazirliyinə “Pantsir-S” zenit raket-top komplekslərinin (ZRTK) növbəti partiyasını təhvil verib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, partiyaya “Pantsir-S”lərlə yanaşı, “Pantsir-SMD” stasionar zenit-raket kompleksləri (ZRK) də daxil olub.

Sözügedən hava hücumundan müdafiə (HHM) sistemləri zəruri sınaqlardan keçirildikdən sonra Rusiya Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən qəbul edilib.

“Rostex”in bildirdiyinə görə, “Pantsir” kompleksləri pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər, həmçinin digər hava təhdidlərinə qarşı istifadə olunur. Bu komplekslər sutka boyu döyüş növbəsi apararaq, qoşunlar və mülki obyektlərin hava müdafiəsini təmin edir.

photo 2026 08 19 09 04 18

Back to top button