Rusiya Ordusu BMD-4M və BMP-3-lərin yeni partiyasını əldə edib
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi BMD-4M hava-desant və BMP-3 piyada döyüş maşınlarının növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi məlumat yayıb.
Məlumatda BMD-4M və BMP-3-lərin artırılmış təhlükəsizlik xüsusiyyətlərinə malik olduğu və onların əlavə mühafizə avadanlıqları ilə təchiz edildiyi bildirilib.
Qeyd edilib ki, “Kurqanmaşzavod” istehsalı olan döyüş maşınları xüsusi hərbi əməliyyat zonasında özünü müsbət tərəfdən göstərib. Şirkətin konstruktorları Rusiya Ordusunun rəy və istəklərini nəzərə almaqla zirehli texnikaların döyüş keyfiyyətlərini yaxşılaşdırmaq üçün davamlı olaraq çalışırlar.