Rusiya Ordusu BMP-3 PDM-lərin növbəti partiyasını əldə edib

Rusiya Ordusu BMP-3 PDM-lərin növbəti partiyasını əldə edib

“Yüksək dəqiqlikli komplekslər” holdinqinin “Kurqanmaşzavod” müəssisəsi cari ilin birinci rübündə dövlət sifarişi çərçivəsində istehsal olunan BMP-3 piyada döyüş maşınlarının (PDM) növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, təhvil verilən BMP-3-lər Rusiya Ordusunun bütün lazımi sınaqlarından keçdikdən sonra inventara daxil edilib.

Sifariş üzrə çatdırılan BMP-3 PDM-ləri tuşlayıcı-operator üçün nəzərdə tutulan “Sodema” əsas nişangahı, əlavə mühafizə və zireh vasitələri ilə təchiz olunub.

Poliqon.az

CATEGORIES
TAGS