![Rusiya Ordusu hərbi texnika parkını T-90M tankları ilə gücləndirir Rusiya Ordusu hərbi texnika parkını T-90M tankları ilə gücləndirir](https://poliqon.az/wp-content/uploads/2023/10/5v22adwpum5glrhdranwibmdrxv10d7z-e1697009048201.jpg)
Rusiya Ordusu hərbi texnika parkını T-90M tankları ilə gücləndirir
“Uralvaqonzavod” (UVZ) konserni (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) T-90M “Prorıv” tanklarının növbəti partiyasını Rusiya Ordusuna təhvil verib.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, bir həftə əvvəl UVZ tərəfindən T-72B3M tankları da Rusiya Ordusuna çatdırılıb.
“Uralvaqonzavod”un Nijni Tagildə yerləşən müəssisəsində istehsal edilən T-90M, T-90 ailəsinin ən qabaqcıl tankıdır. O, konsern tərəfindən müasir döyüş əməliyyatlarına ən yaxşı şəkildə uyğunlaşdırılıb. T-90M tankı hərtərəfli mühafizəyə və avtomatlaşdırılmış atəşi idarəetmə sisteminə sahibdir.