Rusiya Ordusu “İsgəndər-M” ƏTRK-lər üçün əlavə raketlərlə təmin olunub
“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi 2024-cü ilin dövlət müdafiə sifarişi çərçivəsində istehsal edilən raket və artilleriya mərmilərini Rusiya Ordusuna təhvil verib.
Bu barədə “Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər” holdinqinə istinadən xəbər verib.
Bildirilib ki, çatdırılan məhsullara “İsgəndər-M” əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) üçün raketlər və 155 mm-lik “Krasnopol-M2” idarə olunan artilleriya mərmiləri daxildir.
TAGS Manşet