Rusiya Ordusu Ukraynanın Xarkov şəhərinə daxil olub
Rusiya Ordusunun hərbi bölmələri Ukraynanın Xarkov şəhərinə daxil olub.
“Poliqon” xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Oleq Sinequbov Xarkovda vəziyyətin çox gərgin olduğunu, bu vəziyyətdə mülki əhaliyə sığınacaq yerlərini tərk etməməyi, evdə qalmağı, şəhərin küçələrinə çıxmamağı tapşırıb.
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Qeraşenko Xarkovda Rusiya texnikasının olduğu videonu dərc edib.
Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin “Buk M-1” zenit-raket kompleksi ilə təchiz edilmiş 302-ci zenit-raket alayının könüllü təslim olduğunu, Rusiya hərbçilərinin 471 ukraynalını saxladığını bildirib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər