Rusiya Ordusuna 30 ədəd Ka-52M helikopteri təhvil veriləcək

Rusiya Ordusuna 30 ədəd Ka-52M helikopteri təhvil veriləcək

2022-ci ildə Rusiya Silahlı Qüvvələrinə yerli istehsal olan Ka-52M kəşfiyyat və hücum helikopterinin 15 ədəddən ibarət ilk partiyası təhvil veriləcək.

“Poliqon”un məlumatına görə, Ka-52M-lərin tədarükünün davamı olaraq növbəti 15 ədəd helikopterin isə 2023-ci ildə silahlanmaya verilməsi planlaşdırılıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ilə “Vertolyot Rossii” holdinqi arasında 30 ədəd helikopterin tədarükünə dair alqı-satqı müqaviləsi Moskvada keçirilmiş “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində imzalanıb.

Ka-52M helikopteri Rusiyanın hərbi aviasiya parkında yer alan Ka-52 “Alliqator”un təkmilləşdirilmiş versiyasıdır. Aktiv fazalı yeni radar sistemi ilə təchiz edilən modernləşdirilmiş Ka-52M helikopterin prototipinin ilk uçuşu 2020-ci il avqustun 10-da keçirilib.

Poliqon.az

CATEGORIES
TAGS