Rusiya Ordusuna AK-12 avtomatının növbəti partiyası təhvil verilib

Rusiya Ordusuna AK-12 avtomatının növbəti partiyası təhvil verilib

“Kalaşnikov” Konserni tərəfindən istehsal olunan AK-12 avtomatının Rusiya Silahlı Qüvvələrinə tədarükü davam edir.

Bu barədə “Poliqon” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, Rusiya Quru Qoşunlarının Şərq və Qərb Hərbi Dairəsinin silahlı birləşmələrinə müasir 7.62 və 5.45 mm-lik AK-12 avtomatının növbəti partiyası tadarük edilib.

5,45 mm-lik AK-12 avtomatı lülə qutusu qapağının daha sərt olması ilə də fərqlənir. Sökmə zamanı lülə qutusunun qapağı yuxarı açılır. Qapaq ayrıca mexanizm vasitəsi ilə möhkəmləndirilir. Teleskopik qundaq isə hündürlük və uzunluğunun tənzimlənə bilməsi ilə yanaşı silahın geri təpməsini də minimallaşdırır.

AK-12 avtomatları yüksək etibarlılıq və istehsal zamanı xərcinin az olması ilə diqqəti çəkir. AK-12 avtomatna görmə cihazları, lüləaltı qumbaraatan, nişangah kimi əlavə qurğular quraşdırmaq mümkündür. Silahdan hər iki əldə ayrı-ayrılıqda istifadə edilə bilir. Ən əsası isə sol əllə istifadə zamanı avtomat heç bir problem yaratmır. Avtomat tək, iki atəşdən bir kəsilməklə və avtomatik atəş rejimlərində çalışa bilir.

AK-12 avtomatını sələflərindən fərqləndurən xüsusiyyətlərdən biri xarici istehsal olan qumbaraatanların silaha inteqrasiya oluna bilməsidir. Silahın darağı 30-60 patron tutumundadır. Baraban tipli darağında isə 95 patron yerləşir.

Uzunluğu 945.725 mm, çəkisi boş halda 3.3 kq olan avtomatın lüləsinin uzunluğu 415 mm-dir. AK-12-nin atış tempi dəqiqədə 600/1000 atəşdir.

Poliqon.az

CATEGORIES
TAGS