Rusiya Ordusunun 6 minə yaxın hərbçisi öldürülüb

Rusiya Ordusunun 6 minə yaxın hərbçisi öldürülüb

Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb.

“Poliqon” Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 30 təyyarəsini, 31 helikopterini, 211 tankını, 862 zirehli texnikasını, 355 hərbi avtomobilini, 85 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 9 hava hücumundan müdafiə sistemini, 40 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin bundan əvvəlki məlumatında Rusiya Silahlı Qüvvələrinə məxsus 74 topun və 1 “Buk” ZRK-nin də zərərsizləşdirildiyi bildirilib.

Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 5840 nəfərdən çox hərbiçisi öldürülüb və 200 nəfərdən çox hərbçisi əsir götürülüb.

Poliqon.az

CATEGORIES
TAGS