Rusiya Ordusunun silahlanmasına BMP-1AM “Basurmanin” PDM-in böyük partiyası daxil olacaq

Rusiya Ordusunun silahlanmasına BMP-1AM “Basurmanin” PDM-in böyük partiyası daxil olacaq

Cari ilin fevral ayının birinci yarısında Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin Ümumqoşun ordularından birinin motoatıcı birləşməsinin silahlanmasına BMP-1AM “Basurmanin” piyadanın döyüş maşınlarının (PDM) böyük partiyası daxil olacaq.

“Poliqon” xəbər verir ki, təkmilləşdirilmiş döyüş maşınları silahlanmadakı BMP-1 PDM-ləri əvəz edəcək.

Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası” BMP-1 döyüş maşını təkmilləşdirərək onu BMP-1AM “Basurmanin” səviyyəsinədək yüksəldib. Təkmilləşdirmə zamanı maşının standart döyüş qülləsi BTR-82A zirehli transportyorunun döyüş modulu ilə dəyişdirilib.

Nəticədə döyüş maşını 30 mm-lik 2A72 avtomatik topu, topla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu, gecə-gündüz rejimlərində işləyən TKN-4QA-01 zenit nişangahı ilə kombinələşdirilmiş atəşi idarəetmə sistemi, silahların sabitləşdirilməsi üçün iki müstəvili stabilizator və çıxarılma variantlı 9K115 “Metis” TƏİR kompleksi ilə təchiz olunub.

Köhnə 300 at gücünə malik UTD-20 mühərriki BMP-2 PDM üçün nəzərdə tutulmuş eyni gücə sahib UTD-20S1 mühərriki ilə əvəz edilib. Keçidlik qabiliyyətini artırmaqdan ötrü ştat torsion valları yüksək yüklənmə qabiliyyətli torsion valları ilə dəyişdirilib. Maşının R-123M radiostansiyası R-168-25U-2 radiostansiyası ilə əvəz edilib və AVSK-2U daxili rabitə və kommutasiya aparatı quraşdırılıb.

Subasma qanadlarının quraşdırılması sayəsində üzmə və suda hərəkət qabiliyyəti artırılıb. Təkmilləşdirmə nəticəsində PDM-in resursu bərpa edilib. Maskalanmanın təmin edilməsi üçün 81 mm-lik 902V “Tuça” tüstü qumbaraatanı quraşdırlıb. Təkilləşdirmədən sonra döyüş maşının kütləsi 13,0 tondan 14,3 tona qalxıb. Təkmilləşdirilmiş döyüş maşını alçaqdan uçan hava hədəfləri ilə mübarizə aparmaq imkanına malikdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS