Rusiya “Oxotnik” pilotsuz döyüş təyyarəsinin seriyalı istehsalına hazırlaşır

Rusiya “Oxotnik” pilotsuz döyüş təyyarəsinin seriyalı istehsalına hazırlaşır

Rusiyanın S-70 “Oxotnik” (“Ovçu”) pilotsuz döyüş təyyarəsi “Suxoy” şirkətinin V.P.Çkalov adına “Novosibirsk Aviasiya Zavodu”nda (NAZ) istehsal olunacaq.

“Poliqon” xəbər verir ki, bunu TASS informasiya agentliyinə açıqlamasında Novosibirsk vilayəti qubernatorunun müavini Sergey Semka deyib.

O bildirib ki, “Oxotnik” pilotsuz döyüş təyyarəsinin seriyalı istehsalına iki il ərzində Novosibirskdə başlanması planlaşdırılır.

“Suxoy” şirkəti tərəfindən hazırlanan “Oxotnik” ilk uçuşunu 2019-cu il avqustun 3-də yerinə yetirib. Bu uçuş operatorun nəzarəti altında 20 dəqiqədən çox davam edib. Həmin il sentyabrın 27-də pilotsuz döyüş təyyarəsi Su-57 qırıcısı ilə birlikdə uçub. 30 dəqiqə davam edən uçuş zamanı “Oxotnik” avtomatik rejimdə 1600 metr yüksəklikdə manevrlər edib.

2021-ci ilin dekabrında “Novosibirsk Aviasiya Zavodu”nda onun ilk uçuş modelinin təqdimatı baş tutub.

Açıq mənbələrə görə, “Oxotnik”in uçuş ağırlığı 20 tona qədərdir və onun maksimal uçuş sürəti 1000 km/saat təşkil edir.

Qeyd edək ki, “stealth” (gizlilik/görünməzlik) tipli pilotsuz döyüş təyyarəsi olan “Oxotnik”in seriyalı istehsalına 2024-cü ildə başlanılması nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS