Rusiya “Pantsir” ZRTK-nin yeni versiyasını sınaqdan keçirib

Rusiya “Pantsir” ZRTK-nin yeni versiyasını sınaqdan keçirib

Rusiyanın “Rostex” Dövlət Korporasiyası “Pantsir” zenit raket-top kompleksinin (ZRTK) yeni versiyasını sınaqdan keçirib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, sınaq zamanı ZRTK-nin yeni versiyası olan “Pantsir-SM-SV”nin elan edilmiş xüsusiyyətləri yoxlanılaraq təsdiqlənib.

“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex”in tərkibindədir) tərəfindən istehsal edilən “Pantsir-SM-SV” ZRTK Quru Qoşunlarının istifadəsi üçün nəzərdə tutulub. “Pantsir-SM-SV”nin digər “Pantsir”lərdən əsas fərqi yeni tırtıllı şassiyə malik olmasındadır. Tırtıllı şassi sayəsində kompleks qarda və yolsuzluq şəraitində rahatlıqla hərəkət etmək imkanı qazanıb.

Bundan əlavə, o, iki növ zenit idarə olunan raketlərə və artırılmış məhvetmə radiusuna da malikdir.

“Rostex”in bildirdiyinə görə, yeni “Pantsir-SM-SV” ZRTK istifadəçilərin aşağı hündürlükdə və yaxın məsafədə hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

CATEGORIES
TAGS