Demining
Rusiya Qırğızıstana hərbi texnika bağışlayıb

Rusiya Qırğızıstana hərbi-texniki yardım çərçivəsində zirehli transportyorlar və haubitsalar bağışlayıb.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Bağışlanan hərbi texnikalar barədə detallı məlumat verilməyib.
Rusiya tərəfi daha əvvəl Qırğızıstana BTR-70M zirehli transportyorları və D-30 haubitsaları, həmçinin texnoloji avadanlıq, ehtiyat hissələr və ləvazimatlar bağışlandığını bəyan edib.
