Rusiya qırıcıları Ermənistan səmasında uçuşlar həyata keçirib
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin MiQ-29 və Su-30SM döyüş təyyarələri Ermənistanın “Erebuni” aviabazasından qalxaraq təlim uçuşları həyata keçirib.
Bu barədə “Poliqon” Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat verib.
Döyüş təyyarələrinin heyətləri çətin hava şəraitində uçuş həyata keçirmə, eləcə də, aerozol və tüstüdən qoruyucu qurğuların istifadəsi şəraitində mühərriklərdən biri nasaz olduqda qəza enişi, şərti düşmənin hava zərbəsi nəticəsində uçuş-enmə zolağının qismən dağıdılması ilə məhdud əraziyə enmə kimi məşqlər həyat keçirib.
Hərbi qulluqçular intensiv yağışlar, güclü küləklər, o cümlədən yüksək dağlıq ərazilərdə temperaturun dəyişməsi ilə müşayiət olunan çətin hava şəraitində gündüz və gecə saatlarında tapşırıqları yerinə yetiriblər.
Rizvan Fikrətoğlu