Rusiya S-500 “Prometey” ZRK-nin sınaqlarını tamamlayıb

Rusiya S-500 “Prometey” ZRK-nin sınaqlarını tamamlayıb

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə Moskvadakı görüşündə S-500 “Prometey” zenit-raket sistemlərindən danışıb.

“Poliqon” xəbər verir ki, bu barədə Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

Putin yeni nəsil S-500 “Prometey” zenit-raket kompleksinin (ZRK) sınaqlarının uğurla tamamlandığını və yaxın müddətdə silahlanmaya qəbul ediləcəyini həmkarının diqqətinə çatdırıb.

Məlumat üçün bildirək ki, S-500 “Prometey” ZRK-nin əsas tapşırığı orta mənzilli ballistik raketlərin və zəruri hallarda uçuş mənzillərinin son hissəsində qitələrarası ballistik raketlərin məhv edilməsidir. Bundan başqa, kompleks hipersəsli uçuş aparatlarını, təyyarələri və pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək imkanına malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS